Brokoli və soğan bu canlıda saç ağarmasının qarşısını alır

Brokoli və soğan bu canlıda saç ağarmasının qarşısını alır
Digər 167

Siçanlar üzərində aparılan son tədqiqat luteolin adlı maddənin saçların ağarmasını ləngitdiyini göstərib. Ancaq mütəxəssislər hələlik bu nəticələrin insanlara da aid olub-olmadığını söyləmək üçün tez olduğunu bildirirlər.

BAKU.WS ferra.ru-ya istinadən araşdırma məqaləsini təqdim edir.

Luteolin nədir və hansı qidalarda olur?

Luteolin təbii antioksidantdır və kərəviz, yaşıl bibər, brokoli, kök və zeytun yağında olur. Dietoloq və elmlər magistri Tobi Amidora görə, bu maddə iltihablanmanın qarşısını alır, dərinin yaşlanmasını ləngidir və göz xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Tədqiqat necə aparılıb?

Alimlər luteolinin və digər iki antioksidantın saçların ağarmasına təsir edib-etmədiyini yoxlamaq üçün siçanlar üzərində təcrübə aparıblar. 16 həftə boyunca siçanlara luteolin, hespiridin və diosmetin antioksidantları daxili və ya xarici olaraq tətbiq edilib.

Nəticə nə oldu?

16 həftədən sonra luteolin qəbul edən siçanların tük rəngini daha çox qoruduğu müşahidə olunub. Alimlər bunun luteolinin endotelinlərə olan müsbət təsiri ilə bağlı olduğunu bildirirlər.

Tədqiqatın nəticələri Antioxidants jurnalında dərc olunub.

Oxşar xəbərlər

İyun ayında bu bürc üçün dönüş nöqtəsi olacaq

İyun ayında bu bürc üçün dönüş nöqtəsi olacaq

İyun ayı Balıqlar üçün dönüş nöqtəsi olacaq. Astroloq Lyudmila Melikova uzun müddət durğunluq vəziyyətində olan bu bürcün nümayəndələrinin nəhayət ki, "ölü daya...

155 Digər 03:03 06 iyun 2025

Son xəbərlər