"Brent" Trampın İranla bağlı bəyanatları fonunda bir barel üçün 106 dollara qədər bahalaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın İranla danışıqların gedişatına dair bəyanatlarından sonra martın 26-sı günorta saatlarında neft qiymətləri sürətlə artıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti Bakı vaxtı ilə 14:57-yə olan məlumata əsasən 3,96 ABŞ dolları (3,87 %) artaraq bir barel üçün 106,18 ABŞ dollarına çatıb.
Qeyd edək ki, daha əvvəl Tramp İranı tələsməyə və ABŞ ilə münaqişənin başa çatdırılmasına dair danışıqlara ciddi yanaşmağa çağıraraq xəbərdarlıq edib ki, əks halda Tehran ciddi nəticələrlə üzləşəcək.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...