BMT İsrailin Suriyaya zərbələrini pisləyib
BMT İsrailin Suriya ərazisinə son hava hücumları ilə bağlı narahatlığını bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Dujarrik brifinqdə bildirib.
Onun sözlərinə görə, bu cür hücumlar yolverilməzdir və dayandırılmalıdır.
"Biz bu zərbələri gördük. Bu, Suriyanın ərazi bütövlüyünün və hava məkanının son dərəcə narahatedici pozulmasıdır. Belə hava hücumları dayandırılmalıdır; biz onlara qarşıyıq", - o deyib.
Daha əvvəl xəbər verilib ki, İsrailin Müdafiə Ordusu Suriyanın İdlib əyalətinin şərq hissəsindəki "Əbu əl-Duhur" hava bazasına səkkiz zərbə endirib.
Oxşar xəbərlər
Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər
Gəlinlərin əksəriyyəti toy günü klassik və ya lüks avtomobillərə üstünlük verirlər. Bəziləri isə fərqlənmək üçün traktor, yük maşını, hətta at arabası kimi nəql...