"Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər

Bloomberg: ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər
Digər 14

ABŞ və İran sülh sazişi üzrə danışıqları davam etdirmək üçün daha çox vaxt qazanmaq məqsədilə çərşənbə axşamı günü müddəti bitən mövcud atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, tərəflər arasında vasitəçilər ən mübahisəli məsələləri müzakirə etmək məqsədilə texniki məsləhətləşmələr təşkil etmək üçün səylər göstərirlər.

Əsas mövzular arasında Hörmüz boğazında əməliyyatların bərpasının mümkünlüyü və İranda uranın zənginləşdirilməsi ilə bağlı məsələlər var. Mənbənin sözlərinə görə, müzakirələr ilkin xarakter daşıyır və hələlik yekun qərarlar qəbul edilməyib.

Son xəbərlər