Bitkoindən yeni rekord - 107 min dolları keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Bitcoin"in bahalaşması davam edir.
Bu barədə "Binance" birjasının məlumatları göstərir.
Belə ki, ticarət sessiyası zamanı "Bitcoin"in qiyməti 107 min dolları keçib.
Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
***09:35
Bitkoinin qiyməti 105 min dolları keçdi.
BAKU.WS xəbər verir ki, kriptovalyuta yenidən bütün zamanların ən yüksək həddinə çatıb.
Binance kriptovalyuta birjasının məlumatına görə, bitkoinin dəyəri 105 min dolları ötüb.
Kriptovalyuta tarixi rekordunu yenidən yeniləyib.
Qeyd edək ki, bitcoin Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra sürətlə bahalaşır. Seçki kampaniyası zamanı respublikaçı kriptovalyutaları dəstəklədiyini söyləyib və qalib gələcəyi təqdirdə ABŞ-ni "bitcoin supergücü" edəcəyinə söz vermişdi.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...