"Bir kliklə pul və şəxsi məlumatlar oğurlana bilər" – APK faylları ilə bağlı kiberfırıldaqçılıq artır
Yeniliklərdən dərhal xəbərdar olun
Mütəxəssislər Android istifadəçilərini mesajlaşma tətbiqləri vasitəsilə göndərilən şübhəli APK faylları ilə bağlı yeni fırıldaqçılıq sxemləri barədə xəbərdar edir.
BAKU.WS xəbər verir ki, saxta fayllar çox vaxt "şəkil", "sənəd", "yeniləmə" və ya "arxiv" adı altında təqdim olunur və istifadəçilər emosional mesajlara aldanaraq onları quraşdırırlar. Fırıldaqçılar isə özlərini tanış şəxs, bank əməkdaşı, mobil operator və ya dövlət qurumu kimi təqdim edirlər.
Mütəxəssislərin sözlərinə görə, bu tip fayllar cihazlara zərərli proqramların – casus proqramlar, bank troyanları, reklam virusları, maynerlər və şantaj proqramlarının yüklənməsinə səbəb ola bilər. Nəticədə istifadəçilərin şəxsi məlumatları, şifrələri və bank hesabları risk altına düşür.
Qeyd olunur ki, əsas təhlükə APK faylının özündə deyil, onun etibarsız mənbədən göndərilməsindədir.
Ekspertlər istifadəçilərə yalnız rəsmi tətbiq mağazalarından istifadə etməyi, şübhəli link və faylları açmamağı, eləcə də cihazlarda antivirus proqramlarını aktiv saxlamağı tövsiyə edir.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...