Bəzi yerlərə intensiv yağış, Şahdağa qar yağır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda hazırda bəzi yerlərdə arabir şimşək çaxır, yağış yağır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 15:00-a olan məlumatında qeyd edilib.
Daşkəsən rayonunun yüksək dağlıq ərazilərinə və Şahdağda qar yağır.
Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.
Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, Şamaxı, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 m-dək məhdudlaşır.
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...