BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyasında mükafata layiq görülüb!
Yeniliklərdən dərhal xəbərdar olun
BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyası üzrə "Brandon Hall Group HCM Excellence Awards" çərçivəsində Bürünc mükafata layiq görülüb.
"Report" xəbər verir ki, mükafat BEOC-un korporativ mədəniyyətin transformasiyası, əməkdaş təcrübəsinin inkişafı və müasir iş mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərin beynəlxalq səviyyədə qiymətləndirilməsi nəticəsində təqdim olunub.
Qeyd edək ki, bu il SOCAR Qrup şirkətləri ümumilikdə 14 beynəlxalq mükafata layiq görülüb.
"Brandon Hall Group HCM Excellence Awards" insan kapitalının idarə edilməsi, işçi təcrübəsi, təşkilati inkişaf və korporativ mədəniyyət sahəsində qabaqcıl təcrübələri qiymətləndirən beynəlxalq mükafat proqramıdır.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...