Baydenin 82 yaşı tamam oldu
Noyabrın 20-də ABŞ Prezidenti Co Baydenin 82 yaşı tamam olub.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, ABŞ-nin hazırkı prezidenti bu tarixi seçkidə məğlub tərəf kimi qeyd edir.
Cozef Robinet Bayden Pensilvaniya ştatının Skranton şəhərində anadan olub. 1953-cü ildə onun ailəsi Delaver ştatına köçüb.
Bayden təhsili üzrə hüquqşünasdır, Delaver Universitetini bitirib və Sirakuz Universitetində hüquq dərəcəsi alıb. O, siyasi karyerasına 1970-ci ildə Nyukasl Dairə Şurasına, 1972-ci ildə isə ABŞ Senatına seçildiyi zaman başlayıb.
Onun sonrakı həyat yolu isə artıq çoxlarına məlumdur.
Co Bayden sayca 46-cı ABŞ prezidenti olmaqla ölkənin ən qocaman dövlət başçısı kimi tarixə düşüb.
Oxşar xəbərlər
Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur....