"Bavi" tayfunu Çinin şərq sahillərinə çatıb
Küləyin sürəti 40 m/s-dək olan "Bavi" tayfunu Çinin şərqindəki Çjetszyan əyalətinin sahillərinə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin yaxınlaşması ilə əlaqədar olaraq ölkənin şərq bölgələrindən təxminən 2 milyon nəfər təxliyə edilib.
Bundan əvvəl Çin Xalq Respublikasının Daşqın və Quraqlıqla Mübarizə üzrə Dövlət Qərargahı, eləcə də Çjetszyan və Futszyan əyalətlərinin rəhbərliyi tayfunla əlaqədar fövqəladə reaksiya səviyyəsini üçüncü pillədən ikinci pilləyə qaldırıblar.
Çinin Mərkəzi Meteorologiya Stansiyası isə gözlənilən leysan yağışları ilə əlaqədar ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edib.
Oxşar xəbərlər
Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi
Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər v...