Ballıcaya qayıdan sakin: Yenidən qayğısız günlərimizi yaşayacağıq
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaqlığımızın keçdiyi o doğma həyət-bacamızda yenidən o qayğısız günlərimizi yaşayacağıq.
Bunu "Report"un Qarabağ bürosunun Xocalıya ezam olunan əməkdaşı ilə söhbətində bu gün Xocalı rayonuna köçən Ballıca kənd sakini Ehtiram Məmmədov deyib.
Doğma yurduna dönən Ballıca sakini sevinc hisslərini belə ifadə edib:
"Bu günü 30 ildən çoxdur həsrətlə gözləyirdik. Bu gün Xocalının Ballıca kəndi sakinlərinin ən xoşbəxt günüdür.
Şəxsən mənim üçün olduqca qürurlu bir gündür. Tək mənim yox, bizim kənd camaatının timsalında, deyərdim ki, bütün Azərbaycanımızın sevincli gündür".
E.Məmmədov bildirib ki, Qarabağ dirçəlir və yenidən qurulur:
"Ölkə başçımıza, ordumuza, bu torpaqlara qanı tökülən şəhidlərimizə borclu olduğumuzu unutmamalıyıq.
Şükür edirik ki, bu gün azad Qarabağımızdayıq. Öz ata-baba yurdumuza qayıtdıq. Uşaqlığımızın keçdiyi o doğma həyət-bacamızda qayğısız günlər yaşayacağıq".
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...