"Baku TV" "YouTube" reytinqlərində liderdir

Baku TV YouTube reytinqlərində liderdir
Foto
Digər 67

Azərbaycan telekanallarının 2026-cı ilin mart ayı üzrə YouTube baxış reytinqi açıqlanıb.

BAKU.WS xəbər verir ki, hesabat dövründə Baku TV ümumi 176 144 073 baxış sayı ilə rəqiblərini geridə qoyaraq birinci yerdə qərarlaşıb.

İki dildə fəaliyyət göstərən media qurumunun Azərbaycan dilli kanalı 77 437 926, rus dilli kanalı isə 98 706 147 baxış toplayaraq bu uğura böyük töhfə verib.

Qısa müddət ərzində dinamik inkişaf yolu keçən Baku TV operativ xəbər istehsalı, eksklüziv reportajları və analitik məzmunu ilə Azərbaycanın ən təsirli media platformalarından birinə çevrilib.

Rəqəmsal platformalarda qazanılan uğurlar bununla bitmir; belə ki, mart ayının əvvəlində Baku TV-nin rəsmi Azərbaycan dilli kanalı 2 milyardlıq baxış həddini ötərək tarixi bir nəticəyə imza atmışdı.

"Global Media Group"un tərkibində fəaliyyət göstərən Baku TV-ni sosial media platformaları ilə yanaşı, Azərbaycandakı bütün TV provayderlər (kabel yayımı) və Azerspace-1 peyki vasitəsilə Avropa və Asiyada da canlı izləmək mümkündür.

Son xəbərlər