Bakıda minlərlə şagirdin yerdəyişməsi üçün müraciət edilib
Paytaxt məktəbləri üzrə 4 063 şagirdin yerdəyişmə sorğusu yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, avqustun 11-nə (saat 10:00) olan məlumata əsasən, şagirdlərin yerdəyişməsi elektron xidməti (sy.edu.az) vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 4 063 sorğu yerləşdirilib.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ll-lX və Xl siniflər üzrə şagird yerdəyişməsi 5 avqust tarixindən sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. X siniflər üçün isə 12 avqust saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
Oxşar xəbərlər
Xoruldama infarkt və insult riskini artırır
Tədqiqatlar göstərir ki, yuxuda xoruldama sağlamlıq üçün ciddi risklər yarada bilər. Xoruldama tez-tez obstruktiv yuxu apnoesi sindromu (OSA) ilə bağlı olur və...