Azxeber.com 16 yaşını qeyd edir
Bu gün Azxeber.com informasiya portalının 16 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, 2010-cu il aprelin 13-də jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj və köşə yazıları yayımlanır.
Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.
Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.
Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.
Saytın "İnstagram"da 860 min, "Tiktok"da 800 min, "Youtube"də 50 min, "Facebook"da 100 min, "Threads"də 60 min, "Telegram"da isə 30 minə yaxın izləyicisi var.
BAKU.WS kollektivi adından həmkarlarımızı təbrik edirik!
Oxşar xəbərlər
Əhvalı yaxşılaşdıran qidalar açıqlanıb
Bitki mənşəli və minimum emal olunmuş qidalar əhvalın yaxşılaşmasına və psixi sağlamlığın qorunmasına müsbət təsir göstərir. BAKU.WS xəbər verir ki, tam taxılla...