Azərbaycanda tibbi turizmin imkanları hansı səviyyədədir?
"Müasir dövrdə tibbi turizmin əhəmiyyəti böyükdür. Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün tibbi turizm sahəsində ölkəmizin imkanlarından istifadə edə bilmirik".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsində keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda dinləmədə çıxışı zamanı parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib.
Azərbaycanda tibbi turizmin imkanları hansı səviyyədədir?
O, buna imkanların olduğunu da diqqətə çatdırıb:
"Tibbi turizmdən gələn gəlir digər turizm növlərindən gələn gəlirlərdən 6-10 dəfə yüksəkdir. Ölkəmiz bu sahədə böyük vəsait əldə edə bilər. Tibbi turizmi inkişaf etdirmək istəyiriksə, bizim tanınmış, geniş imkanlı klinikalarımızın beynəlxalq akkreditasiyasını keçirməliyik. Dünya miqyasında klinikalarımızı tanısınlar. Tibbi turizmi inkişaf etdirmək istəyiriksə, mütləq ölkəmizdə reabilitasiya mərkəzləri də yaratmalıyıq".
Oxşar xəbərlər
İstidə avtomobildə qoyulmamalı 10 ƏŞYA - Təhlükə ciddidir
Yay aylarında avtomobilin salonunda temperatur qısa müddətdə 50-70 dərəcəyə qədər yüksələ bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi əşyaların isti avtom...