"Buckswood School Azerbaijan"ın ilk məzunları dünyanın TOP-100 universitetlərinə qəbul olublar
İngiltərənin 1933-cü ildən fəaliyyət göstərən nüfuzlu məktəbinin Azərbaycan kampusu ilk tədris ilini beynəlxalq uğurla başa vurub.
Azərbaycanda fəaliyyət göstərən ilk və yeganə rəsmi İngiltərə məktəbi olan "Buckswood School Azerbaijan" ilk tədris ilini əlamətdar uğurla başa vurub.
Məktəbin ilk məzunları dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunaraq beynəlxalq səviyyədə yüksək akademik nəticələr əldə ediblər.
1933-cü ildə Böyük Britaniyada əsası qoyulan və uzun illərdir beynəlxalq təhsil ənənələrini yaşadan Buckswood Schoolun Azərbaycan kampusunun məzunları QS World University Rankings siyahısında ilk 100-lükdə yer alan universitetlərə birbaşa bakalavr pilləsi üzrə qəbul qazanıblar.
Şagirdlər University of Amsterdam, University of Birmingham, University of Southampton və University of Sheffieldkimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul məktubları alaraq həm şəxsi akademik nailiyyətlərini, həm də Azərbaycanda beynəlxalq standartlara uyğun təhsilin uğurlu nəticələrini nümayiş etdiriblər.
Bu münasibətlə Böyük Britaniyadakı əsas Buckswood Schoolun direktoru Azərbaycana rəsmi səfər edib.
Səfər çərçivəsində o, məktəbin ilk məzunları ilə görüşərək onları qazandıqları uğurlar münasibətilə təbrik edib, beynəlxalq dərəcəli attestat və sertifikatları şəxsən təqdim edib.
Direktor çıxışında Azərbaycan kampusunun qısa müddətdə əldə etdiyi nəticələri yüksək qiymətləndirərək, şagirdlərin akademik hazırlığını, intellektual potensialını və məqsədyönlü fəaliyyətini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, ilk tədris ilində əldə olunan bu uğurlar məktəbin tətbiq etdiyi beynəlxalq təhsil modelinin effektivliyini birdaha təsdiqləyir.
Qeyd edək ki, "Buckswood School Azerbaijan" Böyük Britaniyanın təhsil ənənələrini Azərbaycanda tətbiq edən ilk və yeganə rəsmi İngiltərə məktəbi kimi fəaliyyət göstərir.
Məktəb şagirdlərə beynəlxalq standartlara uyğun təhsil təqdim etməklə yanaşı, onların dünyanın aparıcı universitetlərinə qəbulunu hədəfləyən akademik hazırlıq proqramları həyata keçirir.
İlk məzunların nüfuzlu universitetlərə qəbul olunması məktəbin fəaliyyətinin qısa müddətdə beynəlxalq səviyyədə uğurlu nəticələr verdiyini göstərən mühüm göstəricilərdən biri kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Rusiyada Apple ID və Google ID ilə girişə görə cərimə tətbiq olunmağa başladı
Rusiyada internet saytlarında istifadəçilərin Apple ID, Google ID və digər xarici xidmətlər vasitəsilə autentifikasiyasına görə cərimə nəzərdə tutan qanun qüvvə...