Azərbaycanda cinsiyyətini dəyişdirmək İSTƏYƏNLƏR VAR

Azərbaycanda cinsiyyətini dəyişdirmək İSTƏYƏNLƏR VAR
Digər 5752

Dünyada cinsiyyət dəyişdirmə əməliyyatları müxtəlif səbəblərdən geniş müzakirə mövzusuna çevrilib. Bu əməliyyatlar bəzi ölkələrdə geniş yayılıb, digərlərində isə birmənalı qarşılanmır.

Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatları rəsmi şəkildə icra edilmir. Bu əməliyyatı istəyən bəzi şəxslər xarici ölkələrə üz tuturlar.

BAKU.WS xəbər verir ki, Modern.az mövzu ilə bağlı tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli ilə həmsöhbət olub.

Onun sözlərinə görə, Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatı qanuni olaraq həyata keçirilmir:

"Amma hermafrodit olaraq dünyaya gələn şəxslər var ki, onların genetik analizi aparılır və hansı cinsiyyətin xromosomlarını daşıyırsa, cinsiyyət orqanı ona uyğun formalaşdırılır. 12 yaşından sonra cinsiyyət tam formalaşmağa başlayır. Onda görürük ki, fərd uzun müddətdir qadın kimi yaşayıb, amma əslində kişidir. Həmin şəxslərdə yumurtalıqların qarının içində qalması müşahidə olunur. Bu zaman xromosomlar yoxlanılır, əgər cinsiyyətin əslində kişi olduğu aşkar olunarsa, onun öz cinsiyyəti qaytarılır".

Vaqif Qələndərli qeyd edib ki, qadın, yaxud kişi gəlib doğulduğu cinsiyyəti dəyişdirmək istəyirsə, bu, ölkəmizdə həyata keçirilmir:

"Bununla bağlı Azərbaycanda da bizə müraciətlər gəlir. Biz bu zaman həmin şəxsləri psixoloqa yönləndiririk. Çünki bu əməliyyatın edilməsi üçün qanuni baza yoxdur. Amma digər ölkələrdə, eləcə də Türkiyədə bu edilir. Mən indiyə qədər Azərbaycanda belə əməliyyat etməmişəm. Amma Türkiyədə işlədiyimiz dövrdə qanun çərçivəsində həyata keçirilirdi. Bu zaman psixoloqlar heyətinin mütləq rəyi olmalıdır. Hər kəs istədiyi kimi bunu edə bilmir".

Oxşar xəbərlər

Niyə liftdə güzgüyə ehtiyac var? - Hər kəs bu barədə bilmir

Niyə liftdə güzgüyə ehtiyac var? - Hər kəs bu barədə bilmir

Liftdəki güzgü yalnız dekorativ element deyil, həm də funksional bir aksesuardır. Liftlər çox yaxşı düşünülmüş mexanizmlərdir və təkcə mühəndislik baxımından de...

4487 Digər 21:29 26 yanvar 2025

Son xəbərlər