Azərbaycanda bəzi ərazilərə QAR YAĞIR - Faktiki hava
Yanvarın 10-u saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Dağlıq ərazilərdə qar yağır.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Yevlax, Göyçay, Bərdə, Tərtər, Kürdəmir, Mingəçevir, Lənkəran, Astara, Qobustan, Şamaxıda yağış, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Kişçay (Şəki), Qrız (Quba), Laza (Qusar), Şahdağda isə qar yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 20, Goranboyda 19, Ağstafa, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Şəmkirdə 16, Kəlbəcərdə 15 m/s-dək güclənir.
Oxşar xəbərlər
Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar
İranın Məşhəd şəhərində 15 avtobus yandırılıb, hər avtobus orta hesabla 18 milyard rial, təxminən 18 min dollar dəyərindədir. BAKU.WS "Report"a istinadən xəbər...