Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində builki reytinqdə liderliyini bərpa etdi

Azərbaycan Qarabağın qələbəsi sayəsində builki reytinqdə liderliyini bərpa etdi
Foto
Digər 27

Bu həftə baş tutan oyunlardan sonra Azərbaycanın UEFA əmsallar cədvəlində mövqeyi dəyişməyib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, son beş mövsümün ümumi göstəricilərinin cəm olunduğu reytinq siyahısında ölkəmiz hazırda 21.937 xal toplayaraq iki klubla mübarizəni davam etdirməklə 26-cı pillədə mövqeyini qoruyur.

Siyahıda Azərbaycanın ən yaxın qonşularından olan Sloveniya 22.843 xalla 25-ci yeri tutur, 27-ci pillədə qərarlaşan Slovakiyanın hesabında isə 20.625 xal var - hər iki ölkə avrokuboklarda yalnız bir klubla çıxışını davam etdirir.

Hazırda UEFA-nın əmsallar cədvəlinin zirvəsində 101.907 xalla İngiltərə dominantlıq edir.

Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel Beer-Şeva" komandasına 2:1 hesabı ilə məğlub olub. UEFA Konfrans Liqasının pley-off mərhələsində isə "Qarabağ" Niderlandın Ensxede şəhərində yerli "Tvente"yə minimal hesabla qalib gəlib.

Əmsallar cədvəlində ölkəmiz bu il 3.375 xal toplayıb və Latviya ilə birinciliyi bölüşür. Ölkəmizin aktivinə "Sabah" və "Qarabağ"ın hər biri 1.250 xal, "Zirə" 0.625 xal və "Neftçi" isə 0.250 xal töhfə veriblər.

Azərbaycan

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər