AZAL təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar

AZAL təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar
Digər 172

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.

"Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur). Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir", – hesabatda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib.

Oxşar xəbərlər

Heç kəslə asanlıqla dost ola bilməyən bürclər

Heç kəslə asanlıqla dost ola bilməyən bürclər

Astrologiyada bəzi bürclərin daha çətin ünsiyyət quran, təklik sevən və ya insanlarla asan dostluq qura bilməyən xüsusiyyətlərə malik olduğu düşünülür. Bu o dem...

121 Digər 23:59 03 iyul 2025

Son xəbərlər