Avstraliyalı xəstə süni ürəklə 100 gün yaşadı

Avstraliyalı xəstə süni ürəklə 100 gün yaşadı
Digər 168

Avstraliyada ürək çatışmazlığı diaqnozu qoyulan bir xəstə tamamilə süni ürək nəqli edilərək 100 gün yaşadı və bu, dünya tibb tarixində ilk dəfə baş verdi. Sidney şəhərində həyata keçirilən uğurlu əməliyyatdan sonra xəstəyə donor ürək köçürüldü və o, sağlamlığına qovuşdu.

BAKU.WS xəbər verir ki, bu barədə trt haber məlumat yayıb.

BiVACOR adlı bu süni ürək Kvinslenddən olan Dr. Daniel Timms tərəfindən hazırlanıb. Dünyanın ilk implantasiya edilə bilən fırlanan qan pompası olan cihaz, maqnit levitasiya texnologiyası ilə işləyir və sağlam insan ürəyinin qan axınını təqlid edir.

Donor ürək əvəzinə istifadə oluna bilərmi?

BiVACOR, xüsusilə ağır ürək çatışmazlığı olan xəstələr üçün müvəqqəti müalicə üsulu kimi hazırlanıb. Dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığı ilə mübarizə aparır, lakin cəmi 6 min nəfər donor ürək tapa bilir. Avstraliya hökuməti süni ürək texnologiyasını inkişaf etdirmək üçün 50 milyon dollarlıq dəstək proqramı başladıb.

Əməliyyat necə aparılıb?

Yeni Cənubi Uels əyalətində yaşayan 40 yaşlı xəstə 2024-cü ilin noyabrında Sidneyin St Vincent xəstəxanasında altı saat davam edən əməliyyatla süni ürək nəqli edilib. ABŞ-da bu texnologiya daha əvvəl beş xəstə üzərində sınaqdan keçirilmişdi, lakin onlar ən çoxu 27 gün sonra donor ürək almışdı. Avstraliyalı xəstə isə 100 gün ərzində tam süni ürəklə yaşayaraq rekord qırıb.

Xəstə fevral ayında xəstəxanadan buraxılıb və mart ayında ona uyğun donor ürək tapılaraq uğurlu nəql edilib.

Tibb tarixində yeni dövr

Əməliyyatı həyata keçirən cərrah Prof. Paul Jansz bu nailiyyəti "illərlə üzərində çalışdıqları bir xəyalın gerçəkləşməsi" adlandırıb. Prof. Chris Hayward isə BiVACOR-un ürək çatışmazlığı müalicəsində inqilabi dəyişikliklərə səbəb ola biləcəyini bildirib.

Gələcəkdə süni ürəklər donor orqanlara ehtiyacı azalda və milyonlarla insanın həyatını xilas edə bilərmi? Bunun cavabı qarşıdakı illərdə məlum olacaq.

Son xəbərlər