Avstraliya DeepSeek texnologiyalarını dövlət qurumlarında qadağan etdi

Avstraliya DeepSeek texnologiyalarını dövlət qurumlarında qadağan etdi
Digər 48

Avstraliya hökuməti Çin startapı DeepSeek-in texnologiyalarının dövlət sistemlərində və cihazlarında istifadəsini qadağan edib. Bu qərar yerli kəşfiyyat xidmətlərinin milli təhlükəsizlik üçün yaratdığı riskləri müəyyən etməsindən sonra qəbul edilib.

BAKU.WS xəbər verir ki, bu barədə ferra.ru məlumat yayıb. 

Ölkənin daxili işlər naziri Toni Berk bütün DeepSeek məhsullarının, tətbiqlərinin və xidmətlərinin dövlət sistemlərindən dərhal silinməli olduğunu bildirib. O vurğulayıb ki, hökumət süni intellektin inkişafını dəstəkləsə də, mümkün təhlükələri görməzdən gəlməyəcək.

Avstraliya hakimiyyəti bu qərarın şirkətin mənşəyi ilə bağlı olmadığını, sırf milli təhlükəsizlik risklərinə əsaslandığını bəyan edib. Toni Berk, həmçinin, ölkə vətəndaşlarına rəqəmsal təhlükəsizliklərinə diqqət yetirməyi və şəxsi məlumatlarının internetdə necə istifadə olunduğunu dəyərləndirməyi tövsiyə edib.

Oxşar xəbərlər

İstanbuldakı qar Bakıya da yağa bilər

İstanbuldakı qar Bakıya da yağa bilər

Türkiyənin İstanbul şəhərində fevralın 6-sı günortadan etibarən fevralın 7-si səhərə qədər güclü külək, bəzi yerlərdə fırtına olacaq və sulu qar və qar yağacaq....

218 Digər 11:56 05 fevral 2025

Son xəbərlər