Arıqlayan zaman əzələ itkisinin qarşısını almağın yolu açıqlandı

ABŞ-dəki "Salk" İnstitutunun alimləri "BCL6" zülalının kalori çatışmazlığı şəraitində əzələ kütləsini qoruya bildiyini aşkar ediblər.
BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.
İnsan bədənində ən çox rast gəlinən toxuma olan əzələlər ümumi sağlamlıq və enerji səviyyəsi üçün həlledici əhəmiyyət daşıyır. "Salk" İnstitutunun professoru Ronald Evansın sözlərinə görə, əzələ kütləsini qorumaq yalnız fiziki deyil, həm də ümumi həyat keyfiyyəti üçün vacibdir.
Alimlər izah edirlər ki, aclıq şəraitində bədən "aclıq rejimi"nə keçir.
Boş mədə beyinə siqnal göndərərək müxtəlif hormonların səviyyəsini dəyişir. Bu hormonlar "IGF1" (insulinə bənzər böyümə faktoru 1) istehsalını stimullaşdırır. Bu bu da əzələ böyüməsində mühüm rol oynayır.
Lakin "IGF1" sintezini tənzimləyən "SOCS2" adlı zülalın miqdarı balanssız olduqda əzələ zəifləyir və ya həddindən artıq böyümə (gigantizm) müşahidə olunur.
Tədqiqat zamanı alimlər əzələ toxumalarında "BCL6" zülalının yüksək səviyyədə olduğunu müəyyən ediblər.
Eksperimentlər göstərib ki, "BCL6" zülalından məhrum olan siçanlar əzələ kütlələrinin 40%-ni itirir və əzələ strukturlarında zədələr yaranır. Lakin "BCL6" səviyyəsi artırıldıqda, əzələ kütləsi və gücü bərpa olunur.
Oxşar xəbərlər
Telefonların səssiz zəhəri – elektromaqnit dalğaları sağlamlığa necə təsir edir?
Müasir dövrdə smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin ekspertlər xəbərdarlıq edir ki, telefonlardan yayılan elektromaqnit dalğaları insan sağ...