Apple qulaqlıqları ilə bağlı gözlənilməz dəyişiklik

Apple-ın populyar qulaqlıq seriyası olan AirPods Pro-nun növbəti versiyasının buraxılışı 2026-cı ilə qədər təxirə salınıb.
BAKU.WS xəbər verir ki, bu barədə texnologiya sahəsində etibarlı mənbə hesab edilən analitik Minq-Çi Kuo məlumat yayıb. Onun sözlərinə görə, əvvəlki şayiələrdə AirPods Pro 3-ün 2025-ci ildə təqdim ediləcəyi bildirilirdi. Lakin şirkətin planlarında dəyişiklik edilib və yeni model yalnız 2026-cı ildə bazara çıxarılacaq.
Kuo bildirib ki, bu gecikməyə səbəb kimi 2024-cü ildə satışa çıxarılan AirPods 4 modelinin daha münasib qiymətə təqdim olunması göstərilir. Aktiv səsboğma xüsusiyyəti ilə təchiz olunmuş bu qulaqlıqların qiyməti 179 dollar olaraq müəyyən edilib ki, bu da istifadəçilərin Pro modellərinə marağını azaldıb.
AirPods Pro 2 isə proqram yeniləmələri ilə təkmilləşdirilməyə davam edir. Son olaraq bu modelə eşitmə qabiliyyəti zəif olanlar üçün tibbi cihaz funksiyası əlavə edilib.
Digər tərəfdən, Apple-ın tam ölçülü qulaqlığı olan AirPods Max-ın yeni versiyasının da ən tezi 2027-ci ildə təqdim olunacağı ehtimal edilir. Bu isə Apple-ın rəqibləri qarşısında daha zəif mövqe tutmasına səbəb ola bilər.
Oxşar xəbərlər
Kainatın pis gözdən və şər qüvvələrdən qoruduğu yeganə BÜRC
Astroloji inanclara görə, kainat hər bürcə fərqli yanaşır. Bəziləri üçün sanki görünməz bir qalxan yaradır, bəzilərini isə sınaqlarla gücləndirir. Lakin astrolo...
