Apellyasiya şikayəti verən müəllimlər bu gün müsahibədən keçəcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin apellyasiya şikayətləri qəbul olunmuş namizədləri bu gün onlayn müsahibə verəcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.
Apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq.
Qeyd edək ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndərilib.
İnsan Resursları Mərkəzi apellyasiya şikayətləri qəbul olunmuş namizədlərin sayını açıqlamayıb.
Oxşar xəbərlər
Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki...