Antibiotiklərin kəşfi və "superbakteriyalar"a qarşı mübarizə: elm yeni mərhələdə
Antibiotiklərin kəşfi tibb tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. XX əsrin əvvəllərində Paul Erlixin "sehrli güllə" konsepsiyası ilə əsası qoyulan bu sahədə ilk praktik nəticə sülfonamidlərin tətbiqi olub.
1928-ci ildə Aleksandr Fleminqin penisillini kəşf etməsi isə antibiotik erasının başlanğıcı sayılır. 1940–1960-cı illər "antibiotiklərin qızıl dövrü" kimi tarixə düşüb və bu müddətdə streptomisin, tetrasiklinlər, makrolidlər və digər mühüm preparatlar hazırlanıb.
Daha sonrakı mərhələdə alimlər təbii antibiotiklərin kimyəvi modifikasiyası və sintetik antibakterial dərmanların yaradılması istiqamətində işləri genişləndiriblər.
Lakin antibiotiklərin geniş və nəzarətsiz istifadəsi bakteriyalarda davamlılığın (rezistentliyin) yaranmasına səbəb olub. Nəticədə bir neçə antibiotikə qarşı müqavimət göstərən "superbakteriyalar" ortaya çıxıb və bu, qlobal səhiyyə problemi kimi qiymətləndirilir.
Mütəxəssislər bildirirlər ki, bu vəziyyət yeni dərmanların hazırlanmasını zəruri etsə də, proses həm mürəkkəb, həm də maliyyə baxımından çətindir.
Hazırda elm adamları yeni antibiotiklərin axtarışını davam etdirir. Torpaq və dəniz mikroorqanizmləri üzərində aparılan tədqiqatlarla yanaşı, süni intellekt vasitəsilə milyonlarla kimyəvi birləşmənin analiz edilməsi də yeni istiqamətlərdən biri kimi göstərilir.
Alternativ müalicə üsulları kimi bakteriofaqlar, antimikrob peptidlər və bakterial biofilmlərin dağıdılması texnologiyaları da araşdırılır.
Mütəxəssislərin fikrincə, əsas məqsəd antibiotiklərə davamlı bakteriyalara qarşı daha effektiv və dayanıqlı müalicə strategiyalarının hazırlanmasıdır.
Oxşar xəbərlər
Bu qida və fiziki aktivlik sağlamlığı yaxşılaşdırır, xəstəlik riskini azalda bilər
Son elmi araşdırmalar bir sıra gündəlik vərdişlərin insan sağlamlığına təsirini yenidən gündəmə gətirib. Tədqiqatlara əsasən, balanslı qidalanma xəstəxanaya mür...