Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular
Yeniliklərdən dərhal xəbərdar olun
Peru Amazonundan olan sancmayan arılar dünyada mövcud olmaq, qorunmaq və inkişaf etmək üçün rəsmi qanuni hüquqlar qazanan ilk həşəratlar olublar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, bu arılar qorunmalı növlərin beynəlxalq Qırmızı Siyahısına daxil ediliblər.
Yerli xalqlar tərəfindən Kolumbdan əvvəlki dövrlərdən bəri yetişdirilən neştərsiz arılar tropik meşələrin əsas tozlayıcıları hesab olunurlar. Onlar biomüxtəlifliyin qorunmasında və ekosistemin sağlamlığının təmin edilməsində mühüm rol oynayırlar.
Qeyd edilir ki, yaxın vaxtlara qədər bu həşəratların mövcudluğu ciddi təhlükə altında idi. İqlim dəyişikliyi, meşələrin qırılması və pestisidlərdən istifadə arı populyasiyasının azalmasına səbəb olub. Bundan əlavə, onlar hazırda Avropada geniş yayılmış adi neştərli arılarla da rəqabət aparmaq məcburiyyətindədirlər.
Oxşar xəbərlər
İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"
"Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən və Akademiya üzvünün Nizamnamə ilə müəyyən olunmuş tələblərini pozan cinayət hərəkətlərinə yol verib". BAKU.WS "Repor...