Alimlər xroniki ağrını neyronları söndürməklə aradan qaldırmağın yolunu tapdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Pensilvaniya Universitetinin alimləri xroniki ağrıları - məsələn, baş ağrısını - neyronları bloklayaraq aradan qaldırmaq mümkün olduğunu aşkar ediblər. Bu barədə Nature elmi portalı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, tədqiqatçılar siçanlar üzərində apardıqları eksperimentlərdə ağrıdan sonra uzun müddət aktiv qalan neyron qrupunu müəyyən ediblər. Bu neyronlar bloklandıqda heyvanlar yalnız qısa müddətli ağrı hiss edib.
Alimlər həmçinin siçanlarda ağrı hissini təbii şəkildə azaldan xüsusi kimyəvi maddənin mövcudluğunu müəyyənləşdiriblər. Bu maddə, məsələn, uzun müddət aclıq zamanı işə düşür.
Tədqiqatçılar bildirirlər ki, nəticələr təsdiqlənərsə, xroniki ağrıların müalicəsi üçün yeni üsullar inkişaf etdirilə bilər.
Qeyd edək ki, əvvəllər bağırsaq mikroflorasının pozulmasının gözlənilməz səbəbi də aşkar edilmişdi.
Oxşar xəbərlər
Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb
Bəzi meyvələr tərkibindəki kalium, C vitamini və antioksidant xüsusiyyətli bitki birləşmələri sayəsində qan təzyiqinin normal səviyyədə saxlanmasına kömək edə b...