Alimlər XƏBƏRDARLIQ ETDİ! Bu bitkilər yox ola bilər
Alimlər Yer üzündəki demək olar ki, yarım milyon mərcanın yox olma riski barədə xəbərdarlıq ediblər.
BAKU.WS xəbər verir ki, araşdırma Böyük Britaniyanın Derbi Universitetinin elmi müəssisənin rəsmi saytında dərc edilib.
Komanda 892 növ isti su mərcanlarının vəziyyətini yenidən qiymətləndirərək bunlardan 44%-nin yox olma təhlükəsi altında olduğunu müəyyən edib. Eyni cür əvvəlki təhlil 2008-ci ildə aparılmışdı və o zaman kövrək vəziyyətdə olan mərcanların sayı təxminən 30% idi.
"Bu bitkilər həyati əhəmiyyətə malik ekosistemlərdir, onlar bütün dəniz həyatının 30%-dən çoxuna sığınacaq verir, təxminən 1 milyard insanı dəstəkləyir və trilyonlarla ABŞ dolları dəyərində ekosistem xidmətləri təmin edir - balıqçılıqdan sahil müdafiəsinə qədər. Mərcanar çox böyük fayda gətirir və dünyamız onlardan asılıdır, buna görə də onları qorumaq üçün dərhal hərəkətə keçməyimiz çox vacibdir", - araşdırmanın həmmüəllifi, molekulyar biologiya mütəxəssisi Maykl Svit qeyd edib.
Mütəxəssislər bildiriblər ki, mərcanların yox olmasının səbəbi dünya okeanlarının istiləşməsi ilə əlaqəli ekoloji və iqlim faktorlarıdır. Bu, onların ağarmasına, xəstəliklərə və koral poliplərinin məhv olmasına səbəb olur.
Oxşar xəbərlər
Uşağı kim böyütməlidir: ATA, YOXSA ANA?
Adətən, uşağın həyatında əsas qayğıkeş valideyn ana olur. Bu səbəbdən, ana emosional və fiziki baxımdan zəif mövqedə ola bilər. BAKU.WS xəbər verir ki, psixoloq...