Alimlər bir çox xəstəlikdən xilas edən MEVYƏNİN adını açıqladı - Ölkəmizdə məşhurdur
Yeniliklərdən dərhal xəbərdar olun
Bir qrup alimin araşdırmalarına görə, nar orqanizmə müxtəlif xəstəliklərlə mübarizə aparmağa kömək edən unikal xüsusiyyətlərə malikdir.
BAKU.WS xəbər verir ki, bu meyvə immunitet sistemini gücləndirməklə yanaşı, ürək-damar xəstəlikləri, xərçəng və şəkər xəstəliyinin inkişaf riskini də azaldır.
Mütəxəssislər qeyd edirlər ki, nar antioksidantlarla zəngindir, hüceyrələri zədələnmədən qoruyur və qocalma prosesini ləngidir. Tərkibində qan təzyiqini normallaşdırmağa və ürəyin fəaliyyətini yaxşılaşdırmağa kömək edən polifenollar da var. Üstəlik, nar şirəsinin müntəzəm istifadəsi orqanizmin iltihabla mübarizə aparmasına kömək edir və sinir sistemini gücləndirir.
Həkimlər xüsusilə soyuqdəymə və virus infeksiyaları mövsümündə narı gündəlik rasionunuza daxil etməyi məsləhət görürlər. Onlar vurğulayırlar ki, bu meyvənin hətta kiçik miqdarı da sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər.
Belə ki, narı təkcə dadlı deyil, həm də orqanizmi ağır xəstəliklərdən qoruya bilən ən sağlam meyvələrdən biri hesab etmək olar.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...