Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatır
Yeniliklərdən dərhal xəbərdar olun
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları "Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.
Bu gün saat 9:15-ə olan məlumata əsasən, 81 363 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.
Müsabiqədə iştirak edənlər "Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında saat 17:00-dək ödənişsiz fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 9 ali təhsil müəssisəsində, DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.
Oxşar xəbərlər
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
Xüsusilə külli miqdarda dələduzluqda və digər əməllərdə ittiham edilən tikinti şirkətinin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb o...