ABŞ İranın daxili işlər nazirinə qarşı sanksiya tətbiq edib

ABŞ İranın daxili işlər nazirinə qarşı sanksiya tətbiq edib
Digər 28

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın daxili işlər naziri İskəndər Momeni və ölkənin bir sıra digər məmurlarına qarşı yeni sanksiyaların tətbiq edildiyini bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına həmçinin iranlı investor Babək Zəncani də daxil edilib. Nazirlik qeyd edib ki, həbsxanadan azad olduqdan sonra o, İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və dövlət qurumlarının fəaliyyətini dəstəkləyən layihələri maliyyələşdirib.

Bundan əlavə, OFAC Zəncani ilə əlaqəli iki kriptovalyuta birjasını sanksiya siyahısına daxil edib. İddiaya görə, bunlar vasitəsilə SEPAH-ın ehtiyacları üçün böyük miqdarda vəsait axını həyata keçirilib.

Daha əvvəl Avropa İttifaqı (Aİ) İ.Momeni, SEPAH-ın yüksək rütbəli komandirləri və məhkəmə sistemi nümayəndələri də daxil olmaqla İranın 15 məmuruna qarşı sanksiyalar tətbiq etmişdi. Siyahıya həmçinin İran Audiovizual Media Tənzimləmə İdarəsi və kiberstrukturlar daxil olmaqla altı İran təşkilatı da daxil edilib.

Son xəbərlər