ABŞ-də İlon Maska güzəştlər: Mühafizəçilərinə status verildi

ABŞ-də İlon Maska güzəştlər: Mühafizəçilərinə status verildi
Digər 45

ABŞ Marşallar Xidməti (ABŞ Ədliyyə Nazirliyinin hüquq-mühafizə orqanı) iş adamı İlon Maskın təhlükəsizlik xidməti əməkdaşlarına güzəştlər edib, onlara federal agent statusu almaq üçün lazım olan standart hazırlıq və təcrübə tələblərindən yan keçməyə imkan verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "NBC News" nəşri elektron məktublara istinadən məlumat verib.

Xidməti yazışmalara əsasən, qurum rəhbərliyi 2025-ci ilin fevral ayında Maskın mühafizəçilərinin federal agent kimi təyin edilməsi ilə bağlı Ağ Evdən daxil olan tələbi təsdiqləyib ki, bu da onlara bir sıra dövlət qurumlarında silah gəzdirməyə və onun mühafizəsini təmin etməyə imkan verib.

"Nəşrin məlumatına görə, o vaxt ABŞ Hökumət Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət edən Maskın mühafizəçiləri Marşallar Xidmətinin federal hüquq-mühafizə orqanlarının köməkçisi statusunun alınması üçün əsas hesab etdiyi tələblərə cavab vermirdilər. Xüsusilə, bəzi işçilərin hüquq-mühafizə orqanlarında tələb olunan illik təcrübəsi və "əsas hazırlıq proqramını" keçdiklərinə dair sertifikatları yox idi. Buna baxmayaraq, qurum rəhbərliyi Maskın komandası üçün istisnaları təsdiqləyib.

Son xəbərlər