9-cu siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb

9-cu siniflərin 13, 20 və 27 apreldə keçiriləcək buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
13 aprel
Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran
20 aprel
Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Füzuli (M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb)
27 aprel
Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə (Talış kənd orta məktəbi), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbi, Sus kənd tam orta məktəbi), Bakı şəhəri üzrə xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis, gürcü dilində olan məktəblər
Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
Sabunçu, Xəzər, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb.
Xatırladaq ki, imtahana buraxılış vərəqəsi hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Oxşar xəbərlər
Azərbaycanda yüksək vəzifəyə təyinat
Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) növbəti hesabat-seçki iclası keçirilib. İclas zamanı AİRA-nın bu günə qədərki fəaliyyəti, eləcə də COVİD-...
