2026-cı il ildə bu günlərdə ehtiyatlı olun - Telefon və kompüter işlətməyin

2026-cı il ildə bu günlərdə ehtiyatlı olun - Telefon və kompüter işlətməyin
Foto Video
Digər 5517

Bu ilin başlanğıcında Yer kürrəsində maqinit qasırğalarının aktivləşdiyi məlum olub.

BAKU.WS xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimlərinin araşdırmalarına görə, plazma buludunun güclü yana sürüşməsi səbəbindən yanvar ayında havada maqnit dalğası olduqca qeyri-sabit müşahidə olunur.

Beləliklə də, planetin yaxınlığından plazma buludunun keçməsi səbəbindən yanvarın 9-da Yer kürəsində maqnit qasırğaları baş verəcək.

2026-cı il ildə bu günlərdə ehtiyatlı olun - Telefon və kompüter işlətməyin

Qeyd edək ki, 2026-cı ildə Günəş Aktivliyi 25-ci günəş dövrünün zirvəsinə yaxın keçdiyi üçün maqnit qasırğaları hələ də baş verəcəyi proqnozlaşdırılır. Bu ötən illərlə müqayisədə kifayət qədər sayda geomaqnit fırtınaları ola bilər. 2026-da hələ də güclü Günəş partlayışları və maqnit qasırğaları gözlənilir. Çünki bu dövr Günəş maksimumuna yaxın vaxtdır.

Xatırladaq ki, 2025-ci il son 10 ilin ən yüksək maqnit qasırğası aktivliyi səviyyəsinə çatıb və bu il ərzində çox sayda maqnit qasırğası qeydə alınıb, daha yüksək aktivlik səviyyəsi müşahidə edilib.

Həkimlər isə bunun insan sağlamlığına olduqca pis təsir etdiyini bildirirlər.

Həkim Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, insan beyni zəif elektrik impulsları ilə işləyən inanılmaz həssas bir sistemdir.

2026-cı il ildə bu günlərdə ehtiyatlı olun - Telefon və kompüter işlətməyin

Onun sözlərinə görə, kosmosda baş verən dəyişikliklər müəyyən insanlarda bu sistemi təsirləndirə bilər.

Həssas sinir sistemi olanlar bunu hiss etməyə meyllidir.

Maqnit sahəsindəki dəyişikliklər melatonin hormonunun ritmini poza bilər. Vegetativ sinir sistemini aktivləşdirər. Bundan başqa, migren xəstəliyini daha da alovlandırar.

Bütün bunlar birləşəndə isə ortaya çıxan mənzərə bizə tanışdır: baş ağrısı, gərginlik, yuxu pozuntusu, yorğunluq və s. olur", - deyə həkim bildirib.

Həkim belə günlərdə insanları özlərini qorumağa çağırır:

"Ekranlardan uzaq durun. Telefon və kompüter beyni daha çox yorur, xüsusilə maqnit aktivliyi olan günlərdə yüngül nəfəs məşqləri edin. 5 dəqiqəlik dərin nəfəs alma parasempatik sistemi aktivləşdirir və bədəni sakitləşdirir.

Maqnit qasırğası günlərində özünüzü pis hiss etməyiniz sizin zəif olduğunuzu göstərmir. Bu, sadəcə olaraq sinir sisteminin xarici təsirlərə verdiyi təbii bir reaksiyadır. Əlamətlər adətən bir neçə gün ərzində azalır".

Ziya SƏCCAD

Son xəbərlər