2025-ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb
31
dek
2025
22:02
2025-ci ildə dünyanın 500 ən varlı insanının sərvəti 2,2 trilyon dollar artıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Bloomberg"in rifah indeksində qeydə alınan bütün artımın təxminən dörddə biri cəmi 8 nəfərin, o cümlədən "Oracle" şirkətinin Direktorlar Şurasının sədri Larri Ellisonun, "Tesla"nın baş direktoru İlon Maskın, "Alphabet"in həmtəsisçisi Larri Peycin və "Amazon"un qurucusu Ceff Bezosun payına düşüb", - materialda qeyd olunur.
Milyarderlərin ümumi sərvəti 11,9 trilyon dollara çatıb.
Oxşar xəbərlər
Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar
BMT Baş Assambleyası Uşaq, Erkən və Məcburi Nikahların Ləğvi üzrə Beynəlxalq Gün təsis edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu tarix hər il noyabrın...