17 yaşlı hokkeyçi xeyriyyə matçı zamanı dünyasını dəyişib
02
dek
2024
18:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Lonq Aylend ştatının 17 yaşlı hokkeyçisi Konnor Kasin xeyriyyə matçı zamanı dünyasını dəyişib.
"Report" "The New York Post" nəşrinə istinadən xəbər verir ki, qarşılaşma zamanı huşunu itirən idmançı buzun üzərinə yıxılıb.
İdman zalında ilkin tibbi yardım göstərilən hokkeyçi daha sonra xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, xeyriyyə matçı 2023-cü ildə yol qəzasında dünyasını dəyişən hokkeyçi Sabrina Navarettin xatirəsinə həsr olunub.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...