100 yaşlıların uzun ömrünün SİRRİ: Bir vərdişlə...

100 yaşlıların uzun ömrünün SİRRİ: Bir vərdişlə...
Digər 453

Dünyanın müxtəlif bölgələrində 100 yaşı çoxdan geridə qoymuş insanlar yaşayır. Onlar nəinki uzunömürlü, həm də aktiv, pozitiv və aydın düşüncəlidirlər. Məhz bu insanları araşdıran alimlər – xüsusilə də "mavi zonalar" adlanan, uzunömürlülərin sayca çox olduğu regionları tədqiq edən mütəxəssislər – bir ortaq nəticəyə gəlib: onların həyatında bir ortaq vərdiş var ki, hər kəs onu gündəlik həyatına rahatlıqla daxil edə bilər.

BAKU.WS xəbər verir ki, söhbət hər gün edilən təmiz havada gəzintisindən gedir.

İlk baxışdan çox sadə görünə bilər. Amma məhz bu cür orta səviyyəli fiziki aktivlik, xüsusən də açıq havada insan orqanizmində bir sıra uzunömürlülüklə bağlı prosesləri işə salır:

  • qan təzyiqini normallaşdırır

  • şəkər səviyyəsini aşağı salır

  • iltihabi prosesləri azaldır

  • ürək-damar sistemini gücləndirir

  • hətta idrak qabiliyyətlərini yaxşılaşdırır

Araşdırmalara əsasən, gün ərzində təxminən 30–40 dəqiqəlik rahat piyada gəzinti orqanizmin "daxili həkimini" oyadır: insanın əhvalı yaxşılaşır, yuxusu normallaşır, stress səviyyəsi azalır.

Üstəlik, dünyanın istənilən yerində 100 yaşını adlamış insanların bir ortaq xüsusiyyəti də var: onlar heç vaxt özlərini ağır fiziki məşqlərlə yormurlar. Əvəzində isə daim hərəkətdədirlər – evdə, bağda, küçədə... Bu, onlar üçün vərdiş yox, həyat tərzidir.

Oxşar xəbərlər

Son xəbərlər