SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən etibarən Türkiyənin 14 vilayətində toy, nişan, xınayaxdı və digər mərasimlərin keçirilməsi müvəqqəti qadağan olunub. 

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Qadağa paytaxt Ankara da daxil olmaqla, Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Erzurum, Qaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van ve Yozqat vilayətlərinə şamil edilir. 

Qeyd edək ki, bu vilayətlərdə nikah mərasimləri 1 saat müddətinə başa çatmalıdır. Bundan əlavə bəy və gəlinin ən yaxın qohumları mərasiə buraxılacaq. Yaşı 65-dən yuxarı, 15-dən aşağı olan şəxslərin mərasim zalına daxil olması qadağan edilib. 

BAKU.WS