SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin 31 vilayətində bu gecə 00:00-dan etibarən küçəyə çıxma qadağası qüvvəyə minib.

BAKU.WS “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, qadağa Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Diyarbəkir, Ərzurum, Əskişəhər, Qaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mərsin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonquldakda tətbiq edilir.

Mayın 1-də market, baqqal və meyvə-tərəvəz mağazaları 09:00 - 14:00 aralığında fəaliyyət göstərəcək. İnsanlar avtomobil istifadə etmədən ən zəruri ehtiyaclarını qarşılamaq üçün bu saatlarda çölə çıxa biləcəklər. 65 yaşdan yuxarı və 20 yaşdan aşağı şəxslərə isə çölçə çıxmağa icazə yoxdur.

2 və 3 mayda isə market, baqqal və meyvə-tərəvəz mağazaları da bağlanacaq. Həmin günlərdə sadəcə çörək və un məmulatları satan obyektlər açıq olacaq. Onlar da evlərə sifarişləri çatdırma şərti ilə fəaliyyət göstərə biləcəklər.

BAKU.WS