SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı dünyaya müraciət edərək, koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb, baxmayaraq ki, əvvəl bunun əksini tələb edirdi. Bu barədə rus mediası məlumat yayıb.

Uzun müddət idi, ÜST dünyanın demək olar ki, bütün ölkələrinə, pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. Və budur, indi təşkilatın baş epidemioloqu Maria van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.

"Birincisi, karantinin iqtisadi nəticələri dəhşətli dərəcədə çoxdur və tibbi planda şərti qazancı xeyli üstələyir. İkincisi, ÜST ekspertlərinin fikrincə, pandemiya dövründə maska geyilməsi və sosial məsafəyə riayət olunması tamamilə kifayətdir”, - deyə epidemioloq bildirib.

Bir neçə ay öncə maskanın belə virusdan qorumadığını deyən təşkilatın indi belə bir açıqlama yaymağı təəccübləndirici olub desək, yanılmarıq.

Bundan başqa, BMT-nin rəhbəri Antoniu Quterriş karantin dövründə məktəblərin bağlanmasını "nəsillərarası fəlakət" adlandırıb və bunun heç bir müsbət nəticə vermədiyini bildirib. Mütəxəssislərin sözlərinə görə, həkimlər məhdudiyyətlərə görə insult, xərçəng və infarkt xəstələrini buraxıblar. Beləliklə, karantin həm də bəzi xəstəlikləri kəskinləşdirə bilər.

BAKU.WS
VİDEO