Türkiyədə son sutkada 996 nəfər koronavirusa yoluxub, 19 nəfər isə dünyasını dəyişib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Nazirin sözlərinə görə, 24 saat ərzində 44.846 test aparılıb. Bununla da bu günə qədər aparılan testlərin ümumi sayı 4.845.669-a çatıb.

Son sutkada pandemiyadan sağalanların sayı 981 nəfər olub. Ümumilikdə isə virusdan 215.516 nəfər sağalıb.

Fəxrəddin Qoca bildirib ki, hazırda 586 nəfərin vəziyyəti ağır olduğundan onların müalicəsi reanimasiya şəraitində davam etdirilir. Ölkədə ümumilikdə koronavirusla əlaqədar bu günə qədər 231.869 yoluxma, 5710 ölüm faktı qeydə alınıb.

Son məlumatlara görə, dünyada ötən gün ərzində təhlükəli infeksiyadan 6262 ölüm faktı qeydə alınıb. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 688.683 nəfərə çatıb. Son sutkada COVID-19-a 259.137 yeni yoluxma qeydə alınıb. Bu günə qədər isə koronavirusa yoluxanların ümumi sayı 18.011.845 nəfərə çatıb. Pandemiyadan sağalanların ümumi sayı isə 11,326,232 nəfərdir.

Koronavirusa ən çox yoluxma isə Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. Bu günə qədər ABŞ-da COVID-19-a 4,764,318 nəfər yoluxub. Ölənlərin ümumi sayı 157,898-ə, təhlükəli virusdan sağalanların sayı isə 2,362,903 nəfərə çatıb. Hazırda Amerika qitəsində 2,243,517 nəfər aktiv koronavirus xəstəsinin olduğu bildirilib.

Şimal qonşumuz olan Rusiyada isə gün ərzində 5462 nəfər koronavirusa yoluxub. Bununla da Federasiyada COVID-19-a yoluxanların ümumi sayı 845,443-ə çatıb. Ötən 24 saatda 95 nəfər təhlükəli pandemiyanın qurbanı olub. Ümumilikdə isə Rusiyada bu günə qədər 14.058 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.

BAKU.WS
VİDEO