VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada COVID-19-a yoluxma hallarının sayı artır. Koronavirusun aşkarlandığı 213 ölkədə və bölgədə COVID-19-a ümumilikdə 9 354 860 yoluxma aşkarlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, təhlükəli infeksiyaya yoluxma və ölüm hallarının sayına görə əvvəlki kimi yenə ABŞ liderlik edir. Birləşmiş Ştatlarda bu günə kimi COVID-19-a 2 424 418 yoluxma qeydə alınıb. Pandemiya ərzində ölkədə virusdan 123 475 nəfər ölüb.

ABŞ-ın rəsmi orqanlarının açıqladığı ən yeni məlumatlara görə, son sutkada ölkədə virusa daha 250 yoluxma qeydə alınıb, 3 nəfər ölüb.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində koronavirusa indiyədək 1 151 479 yoluxma qeydə alınıb. Bununla yanaşı, 52 771 nəfər virusdan ölüb.

İlk üçlüyə daxil olan Rusiyada virusa 599 705 yoluxma halını qeydə alıb. Ölkədə virusdan ölənlərin sayı 8 359 nəfərə çatıb.

Koronavirusun yayılması baxımından ən təhlükəli dördüncü ölkə Hindistandır. Cənubi Asiyanın bu dövlətinin ərazisində 456 115 virus daşıyıcısı aşkarlanıb, virusa yoluxmuş 14 483 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Böyük Britaniya da təhlükəli infeksiyanın yayılması baxımından digər ölkələri üstələyib - 306 210 nəfər. Burada 42 927 nəfər virusdan ölüb.

Dünyada COVID-19-a yoluxma hallarının sayına görə siyahıda 6-cı olan İspaniyada da vəziyyət qənaətbəxş deyil. Qərbi Avropanın bu ölkəsində 293 832 virus daşıyıcısı aşkar edilib. Eləcə də 28 325 nəfər infeksiyadan vəfat edib.

Koronavirusun ən çox yayıldığı ölkələr siyahısında Peru (260 810), Çili (259 767), İtaliya (238 833) İran (209 970), Almaniya (192 778), Meksika (191 410), Türkiyə (190 165), habelə digər ölkələrin də adları var.

Qeyd edək ki, hazırda dünyada 3 833 221 aktiv koronavirus xəstəsi var. Bununla yanaşı, pandemiya ərzində koronavirusa yoluxmuş ümumilikdə 5 041 823 insan sağalıb.

Ən son məlumatlara görə, dünyada COVID-19-dan 479 816 insan dünyasını dəyişib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKU.WS