Avropa sərhədlərini sentyabra qədər bağlı saxlaya bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Avropada şengen ölkələrinin sərhədi ən azı payıza qədər bağlana bilər.
BAKU.WS BFM-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Həmkarlar İttifaqı liderləri ilə keçirilən fərdi videokonfransda danışıb.
Dövlət başçısının sözlərinə görə, pessimist ruhiyyədədir və Avropanın uzun müddət təcrid olunmasına hazırlaşmağı xahiş edir.
Makron sözlərinə belə izah verib ki, Avropa və dünyanın müxtəlif bölgələrində epidemiyanın gedişatındakı fərq səbəbindən bu cür tədbirlər görülməli ola bilər.
Fransa prezidentinin bu gün həmvətənlərinə müraciət etməyi gözlənilir. Çox güman ki, Makron Avropa Birliyi ölkələri arasında da sərhədlərin bağlanmasının vaxtını elan edəcək.
AB-nin dövlət və hökumət başçıları tərəfindən Avropaya girişin bağlanılması qərarı martın ortalarında koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşməsi fonunda qəbul edilib. Əvvəllər qadağanın bir ay davam edəcəyi gözlənilirdi.
Oxşar xəbərlər
Türkiyədə Daxili İşlər nazirin istefasına səbəb olan 48 saatlıq qadağanın PƏRDƏ ARXASI
Komendant saatı gecə saat 00.00-da başa çatdı. 64 milyon insana aid olan 48 saatlıq qadağa sərəncamına qədər, 3 apreldə 20 yaşa qədər şəxslərin çölə çıxmasına m...