SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin fevralından etibarən Yaponiyada azı 42 şirkət müflisləşmə prosedurunu işə salıb.

BAKU.WS xəbər verir ki, buna səbəb ölkədə koronavirusun yayılmasıdır.

Müflisləşən şirkətlərin 70 faizi turizm və ictimai iaşə müəssisələri olub.

Qeyd edək ki, bu günə qədər Yaponiyada 4 677 nəfər koronavirusa yoluxub, 94 nəfər həyatını itirib.

Dünya üzrə koronavirus xəstəliyinə (COVID-19) yoluxanların sayı isə 1,5 milyonu keçib. Birləşmiş Ştatlar koronavirusa yoluxma statistikasında ilk pillədə qərarlaşıb.

Ölkədə COVID-19 virusuna yoluxanların sayı 435 min 128 nəfər təşkil edir. ABŞ-da koronavirus qurbanları isə 15 min nəfərdən çoxdur. Koronavirusdan dünyada ən böyük ölüm sayı İtaliyada qeydə alınıb. Belə ki, bu ölkədə qurbanların sayı 17 mindən çoxdur. Ən çox sağalanlar da digər Avropa ölkəsi olan İspaniyada qeydə alınıb. Virusa yoluxmuş 48 mindən çox insan sağalmağı bacarıb. 

BAKU.WS