SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda COVID-19 infeksiyasından ölənlərin sayı 3 872 nəfərə çatıb. 

BAKU.WS xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. 

İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib ki, virus daşıyıcılarının sayı 62 min 589 nəfərə yüksəlib.

O, həmçinin 27 min 39 nəfərin də koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da deyib.

Qeyd edək ki, Azərbaycanda bu virus daşıyıcılarının ümumi sayı 665 nəfərdir. Koronavirusla bağlı ən qorxulu vəziyyət İrandan sonra Türkiyədə müşahidə olunur. Türkiyədə COVID-2019 virusuna yoluxanların sayı 30 min nəfəri keçib. 

Digər qonşu ölkələrdən Rusiyada 7,497, Ermənistanda 853, Qazaxıstanda 685, Gürcüstanda 195 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

ÖLKƏLƏR YOLUXANLAR ÖLƏNLƏR SAĞALANLAR
Azərbaycan 665 8 44
İran 62,589 3,872 27,039
Türkiyə 30,217 649 1326
Rusiya 7,497 58 494
Ermənistan 853 8 87
Qazaxıstan 685 6 50
Gürcüstan 195 2 39
BAKU.WS