SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün ölkə daxilində karantin tətbiq etmək qərarına gəlib.

BAKU.WS "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxariya karantin rejiminin tətbiqi ilə əlaqədar təcili brifinqdə danışıb.

Baş nazir qeyd edib ki, qərar 31 mart səhər 8-dən qüvvəyə minir.

Bu o deməkdir ki:

- Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur.

- İctimai nəqliyyat tamamilə dayandırılır.

- Taksilərin istismarı üçün sərt qaydalar təqdim edilir: arxa oturacaqda iki nəfərdən çox sərnişin otura bilməz.

- Tbilisi, Kutaisi, Batumi, Poti, Zugdidi, Rustavi bağlanır.

- Hər kəsin yanında şəxsiyyət vəsiqəsi olmalıdır.

- Hamıya, xüsusən yaşlılara, yalnız zəruri hallarda evdən çıxmaq olar.

BAKU.WS