Kral və kralıça karantinə alındı

Malayziyanın kralı sultan II Abdullah Riyatuddin əl-Mustafa və kralıça Əzizə Aminə Maymun İskəndəriyə karantinə alınıb.
BAKU.WS ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Kral sarayının bürosu məlumat yayıb.
Məlumatda bildirilir ki, kral sarayında işləyən 7 nəfərdə virus aşkar edildikdən sonra kral və kralıçada testdən keçirilib:
“Onların testinin nəticəsi mənfi olsa da, bununla belə martın 25-dən kral və kralıça 14 gün karantində saxlanılacaq”.
Qeyd edək ki, Malaziyada kütləvi yoluxma fevralın 27-dən martın 3-dək ölkə paytaxtı Kuala-Lumpurdakı məscidlərdən birində keçirilən mərasimdə baş verib. Həmin mərasimdə 16 min nəfər iştirak edib.
Pandemiya başlayandan Malayziyada 2 031 nəfər koronavirusa yoluxub, onların 21 nəfər ölüb, 199-u isə sağalıb.
Oxşar xəbərlər
Dünyada COVID-19-dan sağalanlar - SON RƏQƏMLƏR
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 422 min 945 nəfərdən 109 min 102 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sa...