NİİM-dən şagirdləri məktəblərə aparan sürücülərə MÜRACİƏT - VİDEO

“Aparılan maarifləndirmə tədbirləri öz effektini verir. Yeni tədris ilinin ilk günündə paytaxt ərazisində təhsil ocaqlarının yaxınlığında və yollarda vəziyyət nisbətən yaxşılığa doğru dəyişib”.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
“Belə ki, bu il sentyabrın 15-də məktəb və universitetlərin yaxınlığında, eləcə də yollarda sıxlıq əvvəlki illərlə müqayisədə az olub. Təhsil müəssisələrinin yaxınlığında yol polisi əməkdaşları tərəfindən də görülən tədbirlərlə övladlarını təhsil ocaqlarına aparan vətəndaşların rahat gediş-gəlişi təmin edilib”, - məlumatda deyilir.NİİM təbliğat tədbirlərinin davamı olaraq şagirdləri məktəblərə aparan sürücülər üçün hazırladığı maarifləndirici videoçarxı təqdim edib:
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...
