VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son gündə koronavirusa 110 yeni yoluxma qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 805 213 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 230 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 206 nəfərdir.

Ölkədə son sutka ərzində 2 002 , hazırkı dövrədək isə 7 097 152 test aparılıb.

BAKU.WS